Haqqımızda

2017-ci ildə təməlləri atılan beetech, bu gün ən inkişaf etmiş qlobal və yerli texnologiya məhsullarının müştərilərə təqdim edilməsini sürətli, etibarlı və qüsursuz şəkildə həyata keçirən, Azərbaycanın lider informasiya texnologiyaları şirkətlərindən biridir. Beetech, qurulduğu gündən bu yana texnologiyadakı mütəxəssisliyi, iş məhsuldarlığı, xidmət çeşitliliyi, çatdırılmada mütəşəkkillik və IT infrastrukturu ilə iş ortaqları və müştərilərin daha məhsuldar, daha qazanclı və rəqabətçi olmaları üçün çalışmaqdadır.