Keyfiyyət siyasətimiz

İşə baxışımız tərəfdaşlarımızın daha qazanclı və rəqabətli olması məqsədilə inkişaf etdirdiyimiz və rəqəmsallaşdırdığımız iş proseslərini asanlaşdırmaqla, Azərbaycanın lider texnologiya paylayıcısı olmaqdır. Missiyamız isə Azərbaycanın yenilikçi və qlobal İT bazarına inteqrasiyasını təmin etməklə böyük tədarük zəncirinin ölkəmizdəki əsas halqasını təmsil etməkdir. Tam təchizatlı texnologiya mərkəzləri və texniki mütəxəssislərimiz ilə fəaliyyətimizdə məhsuldarlıq və faydalı iş əmsalını təmin edərək, tərəfdaşlarımızı irəli aparmaqdır.

Azərbaycanın yenilikçi İT şirkəti olaraq, təqdim etdiyimiz məhsul çeşitliliyini və xidmətlərini genişləndirərək, bir tərəfdən də paylayıcısı olduğumuz məhsulların bazar payını artırmaq niyyətindəyik. Texniki sahədəki gücümüz, inkişaf etmiş xidmət anlayışımız, təqdim etdiyimiz mütəxəssis dəstəyi və təmin etdiyimiz müştəri yönümlü innovativ həllər ilə tərəfdaşlarımıza hər zaman seçilən etibarlı iş ortağı olmaq əsas amalımızdır. İşimizi rəqəmsal platformlara inteqrasiya etməklə iş prosesini mükəmməlləşdirmək keyfiyyət siyasətimizin bir parçasıdır. İT sahəsində fəaliyyət göstərən qabaqcıl müəssisə olmaqla hədəfimiz tərəfdaşlarımızla birgə böyümək, müştərilər üçün məhsuldarlığı və rəqabət gücünü artırmaq, eləcə də satış mexanizmini fasiləsiz dəstəkləyərək, birbaşa istehlakçıların daha yaxşı xidmət almasını təmin etməkdən ibarətdir. Keyfiyyətli iş üçün davamlılığı və effektivliyi təmin etmək, qanunvericilik və standart tələblərə riayət etmək, bütün işçilərin qabiliyyətlərini inkişaf etdirildiyi, davamlı bir inkişaf mühiti təmin edərək, həm verdiyimiz xidmətlərin keyfiyyətini artırmaq, həm də çalışanların işə bağlılığını ən üst səviyyələrə yüksəltmək şirkətimiz üçün prioritetdir.