Təhlükəsizlik cihazlarının qurulması

İnformasiya texnologiyaları sistemlərinin inkişafı, internetin daha geniş kütləyə çatması və həcminin artması ilə təhlükəsizlik mütəxəssisləri şəbəkələrinə yönələ biləcək təhlükələrə qarşı müdafiə olunmaq üçün daha mürəkkəb təhlükəsizlik siyasətlərini tətbiq etməli olurlar. Şəbəkələri qorumaq üçün mühüm resurslara çıxış nəzarətini təmin etməklə kifayətlənməyib bununla yanaşı bir sıra müxtəlif tədbirlərin görülməsinə də ehtiyac vardır.

Şəbəkə təhlükəsizliyinin optimal həlli üçün aşağıdakı işlərin edilməsi vacibdir:

  • Təhlükəsizlik siyasəti müəyyən edilməli və bu siyasət bütün şəbəkə trafikinə tətbiq edilməlidir.
  • Şəbəkə istifadəçiləri müəyyən edilməli, nəzarət identifikasiya məlumatlarına əsasən aparılmalıdır.
  • Şəbəkə hərəkətlərinin real vaxt rejimində monitorinqini aparmaq üçün lazımi sistemlər qurulmalı və təhlükəsizlik siyasətində müəyyən edilmiş ani şəbəkə hərəkətləri ilə bağlı qeydlər saxlanmalıdır.
  • Şəbəkənin məruz qala biləcəyi potensial hücumlar real vaxt rejimində aşkarlanması üçün lazımi təhlükəsizlik sistemlərinin qurulması və anti-hücum sistemlərinin fəaliyyətə keçməsi üçün zəruri tədbirlər görülməlidir.
  • Şəbəkə təhlükəsizliyi üçün görülən tədbirlər internet əlaqəsi ilə bağlı problemlərin yaranmasına və şəbəkə performansının pozulmasına gətirib çıxarmamalıdır.
  • Beetech təcrübəli və ixtisaslı heyəti ilə qurumların təhlükəsizlik ehtiyaclarını müəyyənləşdirmək üçün kansultasiya xidməti göstərir və bu sahədə müştərilərə aşağıdakı xidmətlər təklif olunur;
  • Penetrasiya testi və çatışmazlıqların müəyyənləşdirilməsi, zəif sahələrdə yarana biləcək potensial risklərin müəyyən edilərək tədbirlərin görülməsi.
  • Korporativ təhlükəsizlik siyasətinin qurulması.
  • Lazım olan fəaliyyətin qurulması üçün müvafiq proqram təminatı və avadanlıq təminatının həyata keçirilməsi.
  • Bu mexanizmin bütün əlaqədar sistemlərə tətbiqi.
  • Məlumatlandırma üçün aidiyyatı təlimlərin verilməsi.
  • Xaricdən idarə olunan resurslar vasitəsilə şəbəkə təhlükəsizliyinin nəzarətdə saxlanılması.

Beetech həmçinin, müştərilərin ehtiyacları istiqamətində şəbəkədə tətbiq olunan təhlükəsizlik tədbirləri ilə birlikdə təhlükəsizlik sistemlərinin və proqram təminatının idarə olunması işini də öz üzərinə götürür. Təhlükəsizlik sistemlərinin idarə edilməsinə təhlükəsizlik sistemlərinin 7/24 izlənməsi, qeydlərin (loglar) təhlil edilməsi, xülasə və ətraflı hesabatların hazırlanması və şəbəkələrdə aparılan mümkün dəyişikliklərdən sonra tələb olunan təhlükəsizlik parametrlərinin müəyyən edilməsi daxildir. Şəbəkə təhlükəsizliyi üçün istifadə edilən təhlükəsizlik proqramları və avadanlıqlar aşağıda öz əksini tapmışdır:

  • Vahid Təhlükə İdarəetməsi (UTM)
  • Hücum Müəyyənləşdirmə Sistemləri (IDS)
  • Müdaxilənin qarşısının alınması sistemləri (IPS)
  • Təhlükəsizlik divarı (FIREWALL)
  • Virtual Şəxsi Şəbəkə (VPN)
  • Kontent (Web) filtrasiyası (URL filtrasiyası)
  • E-poçt filtrasiyası (e-poçt filtrasiyası)
  • Şəbəkə Əlaqəsi Kontrolu (NAC)