Server, hər hansı bir şəbəkə üzərində bir proqramı və ya məlumatı fərqli istifadəçilərə, sistemlərə paylayan və ortaq istifadədə olan hardware və ya proqrama verilən ümumi addır.
Ən əhəmiyyətli cəhəti isə serverlərin bir kompüter şəbəkəsinə bağlı olmasıdır. Fəaliyyət nöqteyi nəzərdən serverlər xətasız işləyən yüksək konfiqurasiyada qurulmuş etibarlı, çox istifadəçiyə xidmət göstərən kompüter sistemləridir. Məsələn bir təşkilatda bütün kompüterləri və istifadəçiləri nəzarətdə saxlayan server olduqda buna Domain Server, şirkətdə fayl paylaşımlarını edən, nəzarət edən və vəzifə bölgüsü həyata keçirən server olduqda buna Fayl Server (File Server) deyilir.
Niyə serverlər lazımdır?
Kompüter sistemləri vasitəsilə işlərimizi aparır və məlumatları bu sistemlərdə saxlayırıq. Bu gün kompüter sistemlərinin istifadəsinin vacibliyi barədə müzakirə aparmaq lazım deyil. İndi bütün təşkilatlar işlərini kompüterlər vasitəsilə edirlər və mühüm məlumatları kompüter mühitində saxlayırlar.
Bu gün, kompüter sistemlərinin davamlı istifadəsinin olduqca vacib olduğu bank, səhiyyə, təhsil kimi sektorlar və hökumət təşkilatları var. Bu sektorlarda istifadə olunan sistemlərdə yaranan problemlər pul və vaxt itkisinə səbəb olur. Verilənlər bazasının bütövlüyü və təhlükəsizliyinin qorunması ən vacib məsələdir. Bir müəssisədə bir günlük məlumatın itirilməsi belə təşkilat üçün qarşısı alınmaz nəticələrə gətirib çıxara bilər. Normal qaydada işləməyən sistemlər təşkilatlar üçün xeyli vaxt, pul və motivasiya itkisi mənasına gəlir.
Serverlərə duyulan ehtiyac burada özünü büruzə verir. Fəaliyyətimizdə zaman, iş həcmi və data itirmək istəmiriksə, serverlərdən istifadə edirik. Bu vəziyyətdə serverlərin saxlanc (backup) funksiyası iş davamlılığını təmin edir. Məsələn serverin bir disk bölməsində yaranan problemdən ötəri digər disk modulu, eləcə də güc qisimində yaranan problemdən ötəri digər güc modulu işə düşür, belə ki server dayandığı halda digər serverin işə düşməsi ilə sistemin ən yüksək səviyyədə işinə davam etməsi təmin olunur. Əks halda müəssisədə çalışan terminal kompüterlər nə qədər güclü olarsa olsun, sistem infrastrukturu (məftil, UPS, genarator və s.) nə qədər yaxşı olarsa olsun serverdə meydana gələ biləcək bir problem hər şeyin dayanmasına gətirib çıxara bilər.
Server ilə stolüstü kompüterlər arasındakı fərqlər
- Performansının yüksək olması: Çoxlu istifadəçiyə xidmət edəcəyindən, çoxlu prosessor dəstəyi, sürətli raid bir disk sistemi, yüksək tutumda yaddaş imkanı və özündə artıq CPU mövcud olmalıdır.
- Genişlənmə imkanı: istifadə olunan serverin ehtiyaca uyğun imkanlarının artırılması. Məsələn, artan yükə qarşılıq prosessor sayını və ya sürətini artıra bilirmi, yaddaş miqdarı nə qədər arta bilər. Həmçinin, əməliyyat sistemi ilə uyğunluğu.
- Davamlılıq: İstifadə edilən avadanlıqlar üçün ehtiyat olmalı və qəza olduğu halda serverin içində olan ehtiyat təchizat sistemi avtomatik olaraq işə düşməli və bununla da server problemsiz şəkildə işinə davam etməlidir.
- Təhlükəsizlik: Son zamanda istər fərdi kompüter istərsə də server tərəfində təhlükəsizlik anlayışı əhəmiyyət qazanmış başlı başına bir işə çevrilmişdir, bu vəziyyətdə serverlərin təhlükəsizliyi hər şeydən daha əhəmiyyətli hesab olunur.
Server quraşdırma və konfiqurasiya
Kompüterlərin və serverlərin sayından asılı olmayaraq, işçilərin məlumatlara davamlı çıxışı və yeni məlumatların vaxtında və tez şəkildə işlənməsi vacibdir. Bu səbəbdən, server investisiyaları şirkətin böyümə hədəfləri ilə mütənasib olmalıdır. Beetech Informasiya Texnologiyaları şirkəti server quraşdırılması üçün beynəlxalq etibarlı markaların məhsullarını istifadə edir. Qlobal markaların məhsulları ilə şirkətinizin ehtiyaclarına və tələblərinə uyğun olaraq dəqiq və təhlükəsiz həllərlə ən yaxşı qiymət və məhsul kombinasiyası təqdim edirik.
Giriş səviyyəsində işçi qrupu (workgroup) sisteminin həllərindən, klaster (cluster) həllər, rack həllər və yüksək səviyyəli xüsusiyyətlərə malik olan server təminatına qədər geniş bir sahədə layihələndirmə, tətbiqetmə və dəstək xidmətləri təqdim edirik. Beetech İnformasiya Texnologiyaları şirkəti tərəfindən server təminatı və konfiqurasiya prosesi aşağıdakı kimi həyata keçirilir;
Texniki araşdırmalar və qarşılıqlı fikir mübadiləsi nəticəsində, serverlər müəssisənin ehtiyaclarına uyğun təyin və təchiz olunur.
Ehtiyaclarınızı nəzərə alaraq, lazımi əməliyyat sistemləri və proqram təminatı müəyyən edilir, daha sonra qərarlaşdırılmış zəruri lisenziyalı proqram təminatları yaradılır.
Tələb olunan xidmətlər quraşdırılmış əməliyyat sisteminə yerləşdirilir və müvafiq konfiqurasiyalar aparılır.
Daha əvvəl istifadə etdiyiniz və bazada mövcud olan datalar əməkdaşlarımız tərəfindən müəyyən edilir və məlumatların yeni sistemə köçürülməsi həyata keçirilir.
Sistemin firewall təhlükəsizliyi konfiqurasiya edilir, lazımi texniki testlər aparılır və sistem tamamlanaraq istifadəyə verilir.
Server quraşdırılması və konfiqurasiyası zamanı təqdim edə biləcəyimiz xidmətlər;
- ISA Server həlləri
- Web Server quraşdırma və konfiqurasiya (Web Server)
- Mail Server quraşdırma və konfiqurasiya
- Proxy Server quraşdırma və konfiqurasiya
- Linux Server quraşdırma və konfiqurasiya
- Ftp Server quraşdırma və konfiqurasiya (Ftp Server)
- Active Directory Dizaynı və quraşdırma
- Active Directory Miqrasiya
- Domain Controller Exchange Server xidmətləri
- Exchange Server MigrationTerminal Server quraşdırma
- Database Server quraşdırılması (Oracle, MySQL, MSSQL)
- IIS ServicesGroup Policy həlləri
- Windows SharePoint Services və SharePoint Portal
- Microsoft Server 2003-2008 quraşdırma və konfiqurasiya
Saxlanc əməliyyatları (backup)
Məlumat istənilən ölçüdə biznes qurumlarının şah damarı sayılır. Kritik məlumatların əldə olunması lazım olduqda onlara çıxışı təmin edən kompleks bir məlumat saxlanc (backup) sistemi və buna müqabil bərpa sisteminin mövcudluğu şərtdir.
Beetech İnformasiya Texnologiyaları şirkəti dünyada mövcud olan orta və böyük həcmli saxlanc (backup) proqramı istehsalçılarının partnyoru olmaqla müəssisə və təşkilatların informasiya sistemlərinə uyğun ehtiyat məlumat bazası və məlumat idarəetmə strategiyaları yaratmaqla etibarlı saxlanc (backup) əməliyyatları təklif edir.
Saxlanc (backup) əməliyyatları həmçinin müəssisə və təşklilatların mövcud vəziyyətini təhlil edərək şirkətin bugünü və sabahına uyğun bir İT strategiyasının yaradılması, inteqrasiya, idarəetmə və 7x24 xidmət dəstəyi də daxildir.
Virtuallaşdırma
İnformasiya infrastrukturunuzun virtuallaşması mövcud iş prosesinin məhsuldarlığının, utilizasiyasının və elastikliyinin artırılması ilə birlikdə xərclərinizin azaldılmasını təmin edəcək. Dünyanın müxtəlif yerlərində bir çox şirkət virtualizasiya həllərindən istifadə edir.
Firmalar səmərəli fəaliyyət qurmaq üçün etmiş olduqları sərmayələri ehtiyacları nisbətində günbəgün artırırlar. Bir çox tətbiq və əməliyyat sisteminin inkişaf etdirildiyi bu sistemlər tərəfindən istifadə edilməkdə olan təchizat mənbələri (Disk, Memory, CPU ..) üçün hər hansı bir standartlaşdırmadan söhbət getmədiyi üçün limitsiz bir mənbə istehlakı reallaşmaqdadır. Bu, öz növbəsində, təchizat ehtiyatlarının böyük bir hissəsinin sərmayə qoyulmasına baxmayaraq çatışmazlıqlarla əhatələnməsi deməkdir.
Virtuallaşdırma dünyasının ən əhəmiyyətli anlayışlarından biri olan konsolidasiya ilə artıq sistemlər üzərində qurulmuş olan əməliyyat sistemləri və proqramlar konsolidə edilərək həm əlavə investisiya xərclərini azaltmağa həm də əldə olan ancaq istifadə olunmayan təchizat mənbələrini maksimum performans ilə istifadə olunması təmin oluna bilər.
Məlumatların yaddaşda saxlanması, şəbəkə, server, proqram, bilgisayar təminatı kimi bir çox sahədə istifadə edilməkdə olan virtuallaşdırma əməliyyatları sayəsində əslində əlimizdə olub istifadə olunmayan mənbələrin daha effektiv istifadə edilməsini təmin etməklə bərabər proses üçün ayrılan vəsaitin aşağı salınması və investisiyanın rentabelliyinin təmin edilməsi cəhətdən böyük üstünlük gətirməkdəyik.
Mövcudluğunu bir çox tərəfdən göstərən virtuallaşdırma texnologiyalarının tətbiq olunduğu sahələrdə idarəetmənin tamamilə mərkəzləşməsi ilə sərf olunan iş həcmi minimuma endirilir, fəaliyyət səmərəliliyi artırılır və iş əhəmiyyət bölgüsünə uyğun istiqamətləndirilərək sistem arxitekturası içərisində iş davamlılığı və yüksək praktiklik anlayışlarının reallaşdırılması ilə iş zamanı mümkün itkinlərin qarşısını alır.