Veb xidmətləri

İnternet dünyasında yer almaq istədiyiniz kimlik və obrazı düzgün əks etdirmək məqsədinə nail olmaq üçün ən funksional və estetik saytları tərtib etmək əsas prinsipimizdir. Xidmətinizi, korporativ fəaliyyətinizi və şirkət hədəflərinizi təhlil edərək ehtiyaclarınıza ən uyğun veb saytı modelini müəyyən edirik. Hədəfləriniz və istəkləriniz üçün saytın dizaynını hazırlayır və ilkin işlərə start veririk. Qarşılıqlı fikir mübadiləsi nəticəsində təsdiq etdiyiniz yekun dizayn üzərində işləri tamamlayırıq. İdarəetmə panelinin istifadəsi üçün bütün zəruri məlumatları müştəriyə təqdim etdikdən sonra saytınızı ictimaiyyətin baxışı və istifadəsi üçün açırıq. “Google Seo” veb səhifənizin ona olan uyğunluğunu göstərən bir ifadədir. Ətraflı məlumat üçün Google uyğunluq səhifəmizə daxil ola bilərsiniz.

Veb sayt dizaynı? Necə olmalıdır? Saytınızın əsas hissəsi məqsəd və hədəflərinizə uyğun qurulmalıdır. Axtarış platformalarında saytınızın ön sıralarda çıxmasını istəyirsinizsə veb saytınızdakı bütün məzmun və xidmətlərin bu növ platformalar tərəfindən qəbul edilən və istiqaməti üzrə istifadəçilərə uyğun olmalıdır. Tez açılmalı və sürətli yüklənməlidir. Veb sayt üzrə düzgün istiqamətlər müəyyənləşdirilməli, sizin və ya təşkilatınızın əsl və effektiv imicini əks etdirməlidir. Təşkilatınızın vitrini olmalı və ən təsirli reklam vasitəsi kimi sizi təmsil etməlidir. Təqdim etdiyiniz məhsul və xidmətlər haqqında verilən məlumatlar oxunaqlı və hərtərəfli olmaqla müştəri üçün qanedici olmalıdır. İstifadəsi rahat olmaqla istədiyiniz zaman öz əməkdaşlarınız tərəfindən asanlıqla yenilənmələr aparıla bilən sadə bir idarəetmə paneli olmalıdır. Veb sayt istənilən məlumatı, məhsul və ya modulu dəyişdirmək imkanı olan bir variantda hazırlanmalıdır.